Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
16 NovÜnvan
Bakı, KeşləÜmumi məlumat
Öhdəliklər
- Anbara daxil olan məhsulların keyfiyyət və orqanoleptik göstəricilərini, etiket məlumatlarını və daşınma şəraitini yoxlamaq
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq
- Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək
- Anbar ərazisində təsdiq olunmuş plana uyğun keyfiyyət yoxlamalarını icra etmək
- Yoxlamaların nəticələrinə əsasən hesabatlar hazırlamaq və təqdim etmək
- Personalın gigiyena tələblərinə əməl etməsinə nəzarət etmək
- Standartlara uyğunluq və mövcud keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək
Tələblər
- Ali təhsil (Standartlaşdırma və Sertifikasiya, Qida mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsullarının ekspertizası, Qida təhlükəsizliyi, Qida məhsullarının texnologiyası)
- Keyfiyyətə nəzarət sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
- Microsoft Office proqramından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis və rus dilləri – arzuolunandır.
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Analitik düşüncə, problem həll etmə qabiliyyəti
- Ünsiyyət və komanda ilə işləmə bacarığı