Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
21 OctÜnvan
BakıÜmumi məlumat
Şirkətin korporativ kommunikasiya və marketinq fəaliyyətləri çərçivəsində sosial media platformaları, daxili və xarici tədbirlər, korporativ layihələr, məhsul təqdimatları və digər kommunikasiya kanalları üçün peşəkar foto və video kontentin hazırlanması, çəkilişlərin təşkili, montaj və post-production proseslərinin həyata keçirilməsi.
Öhdəliklər
- Şirkətin sosial media platformaları üçün peşəkar foto və video kontentin hazırlanmasını və çəkilişlərin həyata keçirilməsini təmin etmək;
- Instagram Reels, TikTok, YouTube Shorts və digər rəqəmsal platformalar üçün qısa və dinamik video kontent hazırlamaq;
- Daxili və xarici tədbirlər, korporativ görüşlər, təqdimatlar, təlimlər, konfranslar və digər layihələr üzrə foto və video çəkilişləri həyata keçirmək;
- Tədbirlər və korporativ layihələr üçün highlight, recap, teaser, backstage və digər video formatları hazırlamaq;
- Rəhbərlik, əməkdaşlar və digər şəxslərlə müsahibə formatında video çəkilişləri həyata keçirmək;
- Korporativ layihələr, işəgötürən brendi, məhsul və xidmətlərin tanıdılması məqsədilə video materialların hazırlanmasında iştirak etmək;
- Verilmiş brif əsasında çəkiliş konsepsiyasını formalaşdırmaq, kadrları planlaşdırmaq və çəkiliş prosesini təşkil etmək;
- Video çəkilişlər zamanı kadr kompozisiyası, rakurs, işıqlandırma və səs keyfiyyətini təmin etmək;
- Kataloq, planoqram, məhsul təqdimatları, kampaniyalar və sosial media üçün peşəkar məhsul foto və video çəkilişlərini həyata keçirmək;
- Çəkilmiş video materialların seçilməsi, montajı, rəng korreksiyası və səs tənzimlənməsini həyata keçirmək;
- Videolara ehtiyacdan asılı olaraq subtitr, mətn, keçid, musiqi və digər vizual elementləri əlavə etmək;
- Foto materialların seçilməsi, retuşu və rəng korreksiyasını həyata keçirmək;
- Foto və video materialları müxtəlif sosial media və kommunikasiya platformalarının texniki tələblərinə uyğun formatlarda hazırlamaq;
- Horizontal və vertikal formatlarda kontent hazırlamaq və materialları yayımlanacağı platformaya uyğunlaşdırmaq;
- Kamera, obyektiv, işıq, mikrofon, stabilizator və digər foto-video avadanlıqlardan düzgün və effektiv istifadə etmək;
- Hazırlanan foto və video materialların şirkətin korporativ vizual standartlarına uyğunluğunu təmin etmək;
- Foto və video materialları tarix və layihələr üzrə sistemli şəkildə arxivləşdirmək;
- Marketinq, kommunikasiya və digər aidiyyəti komandalarla koordinasiyalı işləyərək verilmiş briflərə uyğun kontent hazırlamaq;
- Eyni vaxtda bir neçə çəkiliş və kontent tapşırığını prioritetləşdirərək müəyyən edilmiş müddətlər çərçivəsində təhvil vermək.
Tələblər
- Ali təhsil (fotoqrafiya, videoqrafiya, multimedia, dizayn, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür);
- Foto və video çəkilişi sahəsində minimum 2 il iş təcrübəsi;
- Peşəkar foto və video kamera, obyektiv və digər çəkiliş avadanlıqları ilə sərbəst işləmək bacarığı;
- Kadr quruluşu, kompozisiya, işıqlandırma, rəng və vizual estetika üzrə yaxşı biliklər;
- Studiya və təbii işıq şəraitində çəkiliş aparmaq bacarığı;
- Mikrofon, işıqlandırma, stabilizator və digər çəkiliş avadanlıqları ilə işləmək bacarığı;
- Video montaj və post-production üzrə praktiki bilik və təcrübə;