Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
30 Nov
Ünvan
Keşlə, Bakı
Müraciət et

Ümumi məlumat

Süni İntellekt Proqramçısı şirkətin biznes ehtiyaclarına uyğun Süni İntellekt əsaslı həllərin layihələndirilməsi, hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirir. Machine Learning, Deep Learning, Natural Language Processing (NLP) və Böyük Dil Modelləri (LLM) əsasında proqram təminatlarının hazırlanmasını, mövcud sistemlərə inteqrasiyasını, modellərin təlimini və optimallaşdırılmasını təmin edir. Həmçinin, hazırlanmış həllərin effektivliyini qiymətləndirir, texniki sənədləşdirməni aparır, informasiya təhlükəsizliyi tələblərinə riayət edir və layihələrin icrası zamanı texniki dəstək göstərir.


Öhdəliklər


1.1. Şöbənin və layihə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqları müstəqil şəkildə planlaşdırmaq və vaxtında yerinə yetirmək.

1.2. Mövcud standartlara, prosedurlara və beynəlxalq ən yaxşı təcrübələrə uyğun proqram təminatının hazırlanmasını təmin etmək.

1.3. Süni İntellekt modellərinin (Machine Learning, Deep Learning, NLP) layihələndirilməsi, hazırlanması, təlimi və optimallaşdırılmasını müstəqil şəkildə həyata keçirmək.

1.4. Data toplanması, emalı və təmizlənməsi üçün data pipeline-larını qurmaq və onların dayanıqlı işləməsini təmin etmək.

1.5. Böyük dil modelləri (LLM) əsasında həllərin (RAG, prompt engineering, fine-tuning) hazırlanmasını və şirkətin mövcud sistemlərinə inteqrasiyasını həyata keçirmək.

1.6. Hazırlanan Süni İntellekt modellərinin keyfiyyətini müvafiq metriklər əsasında qiymətləndirmək, sınaqdan keçirmək və nəticələr barədə hesabat hazırlamaq.

1.7. Süni İntellekt modellərinin API və ya servis şəklində istismara verilməsini (deployment), monitorinqini və texniki dəstəyini təmin etmək.

1.8. Kod yoxlaması (code review) proseslərində iştirak etmək, kodun keyfiyyətinə və texniki sənədləşdirmənin aktuallığına nəzarət etmək.

1.9. Kiçik mütəxəssislərə (junior) texniki məsələlərdə mentorluq etmək və onların tapşırıqlarının icrasına dəstək vermək.

1.10. Kodlaşdırma zamanı təhlükəsizlik qaydalarına, məlumatların məxfiliyi tələblərinə və etik Süni İntellekt prinsiplərinə riayət etmək.

1.11. Layihə zamanı aşkar edilən texniki problemləri təhlil etmək, həll yollarını təklif etmək və rəhbərliyə məlumat vermək.

1.12. Süni İntellekt sahəsindəki yeni texnologiyaları araşdırmaq, onların tətbiq imkanlarını qiymətləndirmək və komandaya təqdim etmək.

1.13. Öz fəaliyyət sahəsində informasiya təhlükəsizliyi qaydalarına əməl etmək.

1.14. Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək.




Tələblər


  1. Ali təhsil (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Riyaziyyat, Data Science və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır).

  2. Süni İntellekt, Machine Learning və proqram təminatının hazırlanması sahəsində minimum 2-3 il iş təcrübəsi.

  3. Python proqramlaşdırma dilini yüksək səviyyədə bilmək.

  4. Machine Learning və Deep Learning alqoritmləri, modellərin qurulması və təlimi üzrə biliklər.

  5. TensorFlow, PyTorch, Scikit-learn kimi kitabxanalarla işləmək bacarığı.

  6. NLP, LLM, Generative AI və Transformer arxitekturaları üzrə biliklər.

  7. RAG, Prompt Engineering, Fine-tuning və LLM inteqrasiyası üzrə praktiki təcrübə.

  8. SQL və verilənlər bazaları ilə işləmək bacarığı.

  9. Data preprocessing, data cleaning və data pipeline-ların qurulması üzrə biliklər.

  10. REST API, FastAPI və ya Flask vasitəsilə Süni İntellekt həllərinin inteqrasiyası üzrə təcrübə.

  11. Git, Docker və CI/CD alətləri ilə işləmək bacarığı.

  12. Bulud texnologiyaları (AWS, Azure, Google Cloud və s.) üzrə biliklər.

  13. Modellərin performansının qiymətləndirilməsi, optimallaşdırılması və monitorinqi üzrə biliklər.

  14. Analitik düşünmə və problem həll etmə bacarığı.

  15. Komandada işləmək, texniki bilikləri bölüşmək və kiçik mütəxəssislərə dəstək göstərmək bacarığı.

  16. Texniki sənədləşdirmə və hesabat hazırlamaq bacarığı.

  17. İngilis dilində texniki sənədləri oxumaq və anlamaq bacarığı.

  18. Məsuliyyətlilik, təşəbbüskarlıq, dəqiqlik və öyrənməyə açıqlıq.



Bənzər vakansiyalar