Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
25 OctÜnvan
Zəki Məmmədov küç 2 aÜmumi məlumat
IR Biznes Partnyoru strategiya və təcrübələri təşkilatın məqsəd və vəzifələrinə uyğunlaşdırması üçün şirkətin funksiya rəhbərləri ilə sıx əməkdaşlıq edən strateji tərəfdaşdır. İR Biznes Partnyoru şirkətin funksiya rəhbərləri üçün məsləhətçi kimi xidmət edir və işə qəbul, işçilərlə münasibətlər, performansın idarə edilməsi, kompensasiya və müavinətlər daxil olmaqla, bütün İR məsələləri üzrə dəstək verir. Təşkilatın mədəniyyətinin formalaşmasında, talant ehtiyyatının qurulmasında və məhsuldar işçi qüvvəsinin təşviqində mühüm rol oynayır.Öhdəliklər
|
· Təyin olunmuş biznes bölmələrində işçilər
və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və
vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların
ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR
strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək. · Xidmət göstərdiyi funksiyaların təşkilati
strukturunun dizaynı, ştat vahidlərinin, əməkdaş xərclərinin planlaşdırılması
və yeni namizədlərin seçim prosesində iştirak; · Xidmət göstərdiyi funksiyaların rəhbər
heyəti ilə dövri görüşlər keçirmək, İR proses və layihələrinin gedişatını
analiz etmək, biznesin tələblərinə uyğun İR həllərini razılaşdırmaq; Rəhbərlər
ilə işçilər arasında sağlam iş münasibətlərinin tənzimlənməsində məsləhətçi
rolu oynamaq, müvafiq siyasət və təlimatların effektiv şəkildə kommunikasiya
olunmasını və effektiv inteqrasiyasını təmin etmək. · İşə qəbul prosesinin bütün mərhələrini əvvəldən
sonadək həyata keçirmək (Ştatın yaradılması və təsdiqlənməsi, vakansiya
elanı, namizədlərin seçimi, namizədə dair rəylərin alınması, iş təklifinin
verilməsi və sair) · İşə qəbul edilmiş işçilərin sınaq müddətini
təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər
aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək; · Komandaya yeni qoşulmuş üzvlərin
adaptasiya prosesinə dəstək; · Struktur-bölmələrin əməkdaşları arasında
davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi
prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya; · Xidmət göstərdiyi funksiyaların əməkdaşlarının
karyera inkişafı prosesinin (şaquli və üfüqi yerdəyişmə) təşkili; · Xidmət göstərdiyi funksiyaların işçi heyəti
ilə mütəmadi görüşlər keçirmək, təklif və şikayətlərini dinləmək, həlli
yolunda müvafiq addımlar atmaq; · Strukturlar üçün illik təlim
ehtiyaclarının müəyyənləşdirilməsi prosedində iştirak və prosesə dəstək; · Maddi və qeyd-maddi motivasiya sistemlərinin
formalaşdırılmasında iştirak; · Əmək haqqı bazar araşdırmasının həyata
keçirilməsində iştirak etmək; · Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində
effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi
üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq; · Struktur rəhbərləri ilə insan
resurslarının idarə olunması üzrə proseslərin və təcrübənin təkmilləşdirilməsinə
dair imkanları birgə müəyyənləşdirmək üçün fəal işləmək; · İnsan resursları ilə bağlı layihələrin
hazırlanması və idarə olunmasında iştirak etmək; · İşçi heyətinə insan resursları ilə əlaqədar
proseslər (fəaliyyətin idarə olunması, kadr ehtiyatının planlaşdırılması, təlim
və ixtisasartırma, təşkilati strukturda dəyişikliklər, mükafat, kompensasiya
və müavinətlər və s.) barədə məlumat vermək; · Təşkilatın strategiyasını tətbiq etmək
üçün təşkilati strukturların, vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi və
kadr ehtiyatının idarə edilməsi üzrə proseslərin hazırlanması istiqamətində
struktur bölmələrinin rəhbərləri ilə birgə çalışmaq; · İllik perfomans nəticələrini təyin edilməsi,
qiymətləndirilməsi və digər strateji HR proseslərin icrası; · Görülən işlərlə bağlı gündəlik, həftəlik,
aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək; |
Tələblər
· Ali Təhsil
· İR üzrə ən azı 2 il iş təcrübəsi
· Əmək məcəlləsini və əmək qanunvericiliyini orta
səviyyədə bilmək
· İşə qəbul, performansın idarə edilməsi, təlim və
inkişaf və digər İR praktikaları ilə iş təcrübəsi.
· Yüksək səviyyədə Azərbaycan, İngilis dili biliyinə
malik, Rus dili arzuolunandır
· MS Ofis programlarının bacarıqlı istifadəçisi
(Excel, PP, Word)
· Güclü ünsiyyət bacarığı
· İnsanları dinləmə və eşitmə bacarığına sahib
· Analitik düşünmə qabiliyyəti