Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
17 Oct
Ünvan
Azərbaycan, Bakı şəh., Nizami ray., Keşlə qəs., 2-ci eninə 2

Ümumi məlumat

Şirkətin sənəd dövriyyəsinin sistemləşdirilməsi, saxlanılması, məxfiliyin qorunması və axtarışların həyata keçirilməsi.    


Öhdəliklər

1.1.      Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək. Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək.                                         

1.2.      Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək.

1.3.      Arxivdə yerləşdirilmiş sənədlərin aid olduqları strukturlara və qovluq nömrələrinin sirasına görə düzülüşünü təmin etmək.                  

1.4.      Arxivdə saxlanma müddətləri bitmiş sənədləri ayırmaq və onları prosedura qaydalarına uyğun olaraq məhv etmək.                           

1.5.      İş yerini və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi, səliqəliliyini lazımi səviyyədə saxlamaq.                                           

1.6.      Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək.                                          

1.7.      Ezamiyyətdə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarladıqda birbaşa rəhbərini məlumatlandırmaq.                                   

1.8.      Sənədlərin saxlanma, texniki-təhlükəsizlik qaydaları pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək.

1.9.      Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq.                                      

1.10.    Struktur bölmələrinə sənədlərin prosedura qaydalarına uyğun surətlərini, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək.

1.11.    Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək.                                       



Tələblər

  1. İşə vicdanlı yanaşma
  2. Ofis davranış mədəniyyəti
  3. Kollektivdə davranış qaydalarıma riayət etmək
  4. Sənədlərlə işləmək bacarığı
  5. Sadə kompyuter bilikləri, avadanlıqla işləmək bacarığı
  6. Məsuliyyətli olmaq


Bənzər vakansiyalar