Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
22 Dec
Ünvan
Bakı, Keşlə qəsəbəsi
Müraciət et

Ümumi məlumat

Nəzarət kameraları vasitəsilə obyektlərdə qayda pozuntusu, neqativ halları müəyyən edir və baş verən neqativ hallar barədə birbaşa rəhbərinə məlumat verir.


Öhdəliklər

·       Xidmət göstərdiyi obyekt və postun iş fəaliyyətinə görə və yaranmış neqativ hallar üzrə təhlükəsizlik fəaliyyəti çərçivəsində xidməti həyata keçirmək;                                   

·       Növbə dəyişilərkən CCTV otağında (postda) olan əmlakın təhvil-təslim prosesini prosedura uyğun icra etmək;                                                         

·       Növbəni təhvil verərkən xidmətdə olduğu müddətdə baş vermiş neqativ hallarla bağlı xidməti təhvil alan əməkdaşa (qeydiyyat kitabında) yazılı şəkildə və üst rəhbərinə isə neqativ hal aşkarlanan anda dərhal məlumat vermək ;                                                          

·       Üst rəhbərlər tərəfindən verilmiş göstərişləri, yazılı və şifahi tapşırıqları xidmət etdiyi CCTV otağında tətbiq etmək;                                                 

·       Postunda olan maddi-texniki vasitələrin daima işlək vəziyyətdə saxlanılmasına riayət etmək və sistemlərin fasiləsiz fəaliyyətini təmin etmək;                                                     

·       İş fəaliyyəti zamanı istehsalat sanitariyasına, yanğın, elektrik təhlükəsizliyi və ətraf mühitin mühafizə tələblərinə riayət etmək;                                            

·       Müəssisənin işçi və mühafizə heyətinin funksional (vəzifə) öhdəliklərinin icrasına korporativ prosedur və qaydalar çərçivəsində əməl olunmasına monitorlar vasitəsilə nəzarət etmək;  

İş fəaliyyəti zamanı vəzifəsinə uyğun postlar tabelində qeyd edilmiş müddəalara və təhlükəsizlik strukturuna aid olan təlimatların tələblərinə riayət etmək;

·       Obyektlərdə maddi-əmtəə dəyərlərinin qorunmasını təmin etmək üçün təlimatlara, normativ sənədlərə, CCTV operatorlarının işinə və onların mühafizə heyəti ilə qarşılıqlı fəaliyyətinə aid təkliflər vermək                                                     

·   Məxfilik qaydalarına riayət etmək, iş yeri, iş yerinin dislokasiyası və müşahidə zamanı baş verən hadisələr barədə aidiyyatı olmayan şəxslərə məlumat verməmək;                                       

·       Videomüşahidə sisteminin proqram təminatının iş prinsipini qəqiqliklə bilmək, proqram təminatında operatora aid olmayan hissələrə müdaxilə etməmək;                                               

·       Təhlükəsizlik sxeminə uyğun olaraq nəzarət kameralarının yerlərini, monitorlarda videogörüntülərin hardan gəlməsini və onların bölgü planını dəqiq bilmək;                                   

·       Monitorlar təsvirində baş verən (yanğın, oğurluq, mübahisə, dava-dalaş, kütləvi toplaşma, nəqliyyatla qəza və s.) hadisələr barədə növbə rəisinə məlumat vermək və iş jurnalında qeydlər aparmaq;                                                   

Təlimata uyğun xidmət aparmaq, təyin olunmuş geyim formasının daşınma qaydalarına ciddi riayət etmək, Qrupun bütün rəhbər heyətini üzdən tanımaq, ad və soy adlarını bilmək;   


Tələblər


Bənzər vakansiyalar