Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
01 JulÜnvan
Bakı, KeşləÜmumi məlumat
Mövcud və potensial bazarların təhlil edilməsi. Müştəri ehtiyacları və rəqib fəaliyyətləri və trendlərlə bağlı məlumatların toplnaması
Öhdəliklər
- Bazar araşdırmalarının planlaşdırılması və həyata keçirilməsi
1.1 Mövcud və potensial bazarların təhlili
1.2 Müştəri ehtiyacları, rəqib fəaliyyətləri və trendlərlə bağlı məlumatların toplanması
1.3 Sorğular, fokus qruplar və digər tədqiqat metodlarından istifadə edərək məlumatların toplanması və təhlili
2 Məlumatların təhlili və hesabatların hazırlanması
2.1 Toplanmış məlumatların strukturlaşdırılması və statistik təhlili
2.2 Marketinq strategiyalarına dəstək məqsədilə analitik hesabatların hazırlanması
2.3 Rəhbərliyə əsaslandırılmış təklif və nəticələrin təqdim olunması
3 Marketinq strategiyalarının formalaşmasına töhfə vermək
3.1 Alıcı araşdırmaları nəticələrinə əsaslanaraq yeni məhsul, xidmət və ya kampaniyalar üçün təkliflər vermək
3.2 Şirkətin brend mövqeyinin gücləndirilməsinə dəstək göstərmək
3.3 Rəqib analizləri apararaq rəqabət üstünlüyü yaratmaq üçün strategiyalar irəli sürmək
3.4 Alıcı yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək
3.5 Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək
3.6 Müştəri ehtiyaclarına bağlı olaraq mağazalardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək)
Tələblər
- Analitik və tənqidi düşüncə bacarığı
- Məlumatları düzgün təhlil etmək, əsas nəticələri çıxarmaq və strategiyalara çevirmək qabiliyyəti
- Kommunikasiya və təqdimat bacarığı
- Müxtəlif auditoriyalara aydın və təsirli şəkildə məlumat çatdırmaq
- Yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması
- Tədqiqat və məlumat toplama bacarığı
- Sorğu dizaynı, fokus qrup idarəetməsi və sahə araşdırmaları aparmaq təcrübəsi
- İkincil mənbələrdən məlumat toplamaq bacarığı (bazar hesabatları, rəqəmsal alətlər və s.)
- Texniki bacarıqlar
- Excel, SAP, Power BI, Google Analytics, Tableau və ya digər analitik alətləri bilmək
- Anket platformaları (SurveyMonkey, Google Forms və s.) ilə işləmə təcrübəsi
- Strateji düşüncə və təşəbbüskarlıq
- Araşdırma nəticələrini şirkətin məqsədləri ilə əlaqələndirmək bacarığı
- Yeni layihələr və təşəbbüslərlə çıxış etmək