Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
24 Mar
Ünvan
Keşlə
Müraciət et

Ümumi məlumat

“Şirkətin mümkün maliyyə risklərinin və itgilərinin müəyyən edilməsi və onların qarşısının alınması məqsədi ilə şirkətə daxil olan aidiyyatı strukturlar ilə birgə zəruri təşkilati və inzibati tədbirlərin görülməsini təmin edir.


Öhdəliklər

 - Xidməti təminat apardığı strukturlardan daxil olmuş məlumatları icraatına qəbul edir, təyin edilmiş müddətdə araşdırma aparır və yekun nəticələr barədə üst rəhbərini yazılı və ya şifahi qaydada məlumatlandırır.

-  Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləyir, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirir, zərurət yarandıqda bazar araşdırması aparır, xidməti təqdimatlar göndərir, həmçinin "DNŞ"-nin rəhbərliyi qarşısında yeni layihə və təkliflərlə çıxış edir.

- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən edir, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlər həyata keçirir;

 - Daxili nəzarət və digər strukturların fəaliyyətlərinə dair təsdiq edilmiş daxili siyasət, qayda və tələblərin tətbiqi və onların icrasına nəzarətin təmin edilməsi;

- Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən “normativ-hüquqi” və “təşkilati-sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və səlahiyyətlərinin, onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsi vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi ilə daxili nəzarət qaydasında şirkətin aidiyyatı strukturlarında müntəzəm qəfil monitorinqlərin və daxili nəzarət yoxlamalarının aparılmasına nəzarətin təmin edilməsi;

- Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventarizasiya və  yoxlamaların aparılmasına nəzarəti təmin edir

- Şirkətin obyektləri üzrə maddi məsul şəxslərə etibar edilmiş pul vəsaitlərinin, xammal və mal-material qiymətlilərinin, ticari malların qalıqları, əsas vəsaitlər və daxili sərf malları üzrə zərurət olduğu hallarda və mütəmadi olaraq dövrü inventarizasiya və təftiş yoxlamalarının həyata keçirilməsinə, müştərilər və tədarükçülərlə aparılan təsərrüfat - maliyyə əməliyyatları və qarşılıqlı hesablaşmalar nəticəsində yaranmış debitor və kreditor borc qalıqlarının nəzarət qaydasında qəfil sənədli təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir;

- Şirkət və tədarükçülər, həmçinin təhtəl hesab (təchizatçılar və ezamiyyətdə olan əməkdaşlar) və ayrı ayrı məsul şəxslər tərəfindən nağd və nağdsız qaydada aparılan təsərrüfat-maliyyə əməliyyatlarının və xərclərinin müntəzəm olaraq monitorinqini və nəzarət qaydasında qəfil sənədli DN yoxlamalarını apararılmasına və nəticələri araşdırılıb müqayisəli təhlillər aparılmasına nəzarəti təmin edir;

 - Şirkətin satınalma işlərinin təşkil olunma əsaslarını, qayda və proseslərini monitorinq etmək, aşkar edilmiş neqativ amil, proses və mümkün riskləri müəyyən etmək, zəruri hallarda faktlarla bağlı araşdırmanı təşkil etmək, aidiyyatı sturktur rəhbərlərinə xidməti təqdimatlar və tələbnamələr göndərmək, həmçinin icrasına dair müvafiq hesabatları tərtib etmək və icrasına nəzarəti təmin edir;  

Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunun yoxlanılması və ehtimal olunan risklərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər təşkil etmək, eləcədə uyğun əlavə və ya dəyişiklər barədə hesabat verdiyi instansiyaya təkliflər irəli sürmək;   

Tədarükçülər və xidmət göstərən kənar təşkilatlar üzrə aparılan bütün proseslərin (müqavilələrin bağlanılması, təqdim edilmiş mallara və göstərilmiş xidmətlərin yerinə yetirilməsinə dair təsdiq edici sənədlər, icra olunduğu yerlərdə faktiki görülmüş işlərin həcmini və ödənişləri) monitorinq və təftiş edilməsini, həmçinin digər analoji tədarükçülər və xidmətlər üzrə bazar araşdırmasının aparılıb müqayisəli təhlillər edilməsini təmin edir  

Şirkətin balans hesablarında mövcud olan carilər və əməkdaşlar üzrə yaranmış şübhəli, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borclarının inventarizasiya və  yoxlamasının aparılaraq, nəticələrin araşdırılıb yaranma səbəblərinin və səbəbkarların müəyyən edilməsini təmin edir;  

Şirkətin obyektlərində istismar müddəti bitmiş əsas vəsaitlər və inventarlar, əmtəə görünüşünü itirmiş və satış müddəti keçmiş ticari mallar, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borcları və s. səbəblərdən maddi məsul şəxslərin hesabından uçotdan silinməsinə dair əməliyyatların mütəmadi olaraq monitorinq edilməsinə və zərurət olduğu hallarda yoxlanılmasına nəzarətin təmin edilməsi; 

Şirkətdə mal material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınıb alınmamasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilib edilməməsinin mütamadi olaraq monitorinq edilməsinə və zərurət olduğu hallarda yoxlamaların təşkil edilməsinə və icrasına nəzarətin təmin edilməsi;  

Monitorinq və yoxlamalar nəticəsində mal material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifariş verilməməsi nəticəsində baş vermiş saxlama müddəti keçmələrin, standartlara uyğun qaydalara və saxlama şəraitinə düzgün əməl edilməməsi nəticəsində aşkar olunmuş zay və ya xarab olmaların və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar və itkilər də daxil olmaqla) səbəblərinin araşdırılmaqla, təqsirkar və məsul şəxslərin fəaliyyətinin yoxlanılmasının təmin edilməsi; 

Şirkətin daxili maliyyə - təsərrüfat fəaliyyətinə dair tam DN və inventarizasiya yoxlamalarının aparılmasını və dövrü olaraq uçot - hesabat işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasının təşkil edilməsi; 

Şirkətdə inventarizasiya və təftiş yoxlamalarının aparılmasını və nəticələrin Azərbaycan Respublikası «Mühasibat uçotu haqqında» Qanunun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmlak və öhdəliklərin inventarizasiyası” qaydasının tələblərinə uyğun olaraq sənədləşdirilməsinə nəzarətin təmin edilməsi;  

Vəzifə funksiyalarının icrası ilə əlaqədar, yoxlanılan struktur və bölmələrdən zəruri məlumatları özündə əks etdirən sənədləri, arayışları, hesabatları tələb etmək, xidməti zərurətlə əlaqədar yoxlanılan struktur bölmələrinin yerləşdiyi inzibati binalara, iş yerlərinə maneəsiz daxil olmaq, Şirkətin istifadəsində olan nəzarət kameralarına baxış keçirmək, zəruri görüntüləri əldə etmək və digər nəzarət tədbirlərinin görülməsi üçün müvafiq təşkilati tədbirlər həyata keçirmək;  

Şirkətin obyektlərində aparılmış DN yoxlamaları nəticəsində aşkar olunmuş israfçılıq, uçotdan gizlətmə, mənimsəmə, oğurluq, xarabolma və digər neqativ hallara görə maddi məsul şəxslərin hesablarında müəyyən edilmiş məbləğlərə görə şirkətə vurulmuş maddi ziyan məbləğlərinin, aidiyyatı strukturlarla birgə həmin maddi məsul şəxslərdən könüllü tutulub, şirkətin hesabına bərpa etdirilməsinin təmin edilməsi; 

    - Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə onların qarşısının alınması məqsədi ilə şirkətin aidiyyatı struktur rəhbərləri ilə birgə zəruri təşkilati və inzibati tədbirlərin görülməsini təmin etmək; 

     - Şirkətin struktur bölmələrində aparılmış inventarizasiya və təftiş yoxlamaların nəticələrinə dair dövrü və illik hesabatları hazırlayaraq, "DNŞ" müdirinə təqdim edilməsini təmin etmək; 

      -  Direktorluğun ayrı-ayrı şöbələri ilə birgə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək;  

    -  “DNŞ”-də təcrübə müddəti keçən əməkdaşların təlimində, həmçinin mütəxəssislərin iş fəaliyyətinin keyfiyyətinin artırılmasında aktiv iştirak etmək





Tələblər

·       Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı

·       Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə;

·       Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu

·       olunandır;

·       MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı,  Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;

SAP biliyi



Bənzər vakansiyalar