Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
13 AugÜnvan
BakıÜmumi məlumat
Şirkətimiz premium alkoqollu içkilər portfelinin tanıdılması və satışının dəstəklənməsi məqsədilə Brand Ambassador vakansiyası elan edir.
Brand Ambassador şirkətin təmsil etdiyi brendlərin satış nöqtələrində və tədbirlərdə peşəkar şəkildə təqdim olunmasına, istehlakçılarla effektiv ünsiyyətin qurulmasına və brend imicinin gücləndirilməsinə cavabdeh olacaq.
Öhdəliklər
- Şirkətin premium brendlərini müəyyən edilmiş standartlara uyğun şəkildə təmsil etmək
- Satış nöqtələrində istehlakçılara məhsullar haqqında dolğun və düzgün məlumat vermək
- Məhsulların üstünlüklərini, xüsusiyyətlərini və istifadə mədəniyyətini müştərilərə təqdim etmək
- Dadım (tasting), dequstasiya və promo tədbirlərinin təşkilində iştirak etmək
- Marketinq kampaniyalarının və aktivliklərinin icrasında iştirak etmək
- Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə və vizual standartlara nəzarət etmək
- Məhsul stokunu və POSM materiallarının mövcudluğunu izləmək
- Rəqib məhsullar, qiymətlər və bazar fəaliyyəti barədə məlumat toplamaq və rəhbərliyə təqdim etmək
- Müştərilərdən daxil olan rəy və təklifləri toplamaq, müvafiq hesabatlar hazırlamaq
- Şirkətin daxili qaydalarına, etik davranış prinsiplərinə və brend standartlarına riayət etmək
- Müntəzəm olaraq fəaliyyət hesabatlarını təqdim etmək
- Lazım gəldikdə regionlara ezam olunmaq və şirkətin təşkil etdiyi tədbirlərdə iştirak etmək
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Satış, marketinq, HoReCa və ya müştəri xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Satış yönümlü düşüncə tərzi
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq
- Aktiv həyat tərzi və yüksək enerji
- MS Office proqramlarında baza səviyyəsində işləmək bacarığı
Bənzər vakansiyalar
Analitika və Hesabatvermə üzrə Mütəxəssis
Keşlə
09 Aug