Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
21 SepÜnvan
Xalqlar Dostluğu, Neftçilər, Binə, QobustanÜmumi məlumat
Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazada olmaq
Şirkət məhsullarını mağazada uyğun kateqoriyalarda təmin və təmsil etmək
Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyyə qiymətinə diqqət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər etmək
Müəyyən dövrlərdə təyin olunmuş aksiyalarla, kampaniyalarla müştəriləri mütəmadi olaraq məlumatlandırmaq
Müştəri ilə şirkətin borc hesabları arasında fərqlər yaranarsa problemin həllinin araşdırılmasında yaxından köməklik etmək və həlli üçün müştəriyə açıqlama vermək
Mağaza daxilində hər hansı bir dəyişiklik olarsa hesabat verdiyi instansiyaya bu barədə dərhal məlumat vermək
Şirkətlə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını şirkət tərəfdən təmin etmək
Şirkətlə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilməzsə hesabat verdiyi instansiyaya bu barədə dərhal məlumat vermək
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Öhdəliklər
Kommersiya sirlərini kənar şəxslərə ötürməsinə və bunun nəticəsində Cəmiyyətin mənafeyinə dəyən zərərə görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktları tərəfindən müəyyən edilmiş qaydada bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşıyır.
Qüvvədə olan Azərbaycan Respublikası qanunvericilik aktlarının, işçi ilə bağlanmış əmək müqaviləsinin, Cəmiyyətin korporativ prosedur, təlimat, qayda və əsasnamələrinin, rəhbərliyin əmr, sərəncam və göstərişlərinin tələblərinin vaxtında və düzgün formada icra edilməməsinə görə məsuliyyət daşıyır.
Maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə məsuliyyət daşıyır.
Daxili intizam, əməyin mühafizəsi, sanitar-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət daşıyır.
Maddi və maliyyə vəsaitini, xidmət üçün təyin olunmuş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəsinə görə məsuliyyət daşıyır.
Qanunvericiliklə və bu təlimat ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsindən kənar verilmiş qərarların nəticələrinə görə məsuliyyət daşıyır.
Tələblər
Məhsulların satış nöqtələrində sərgilənmə texnikaları
Effektiv ünsiyyət və danışıqlar aparma qabiliyyətləri olmalıdır
Dəyişkən iş mühitinə adaptasiya qabiliyyətləri
Daxili nizam-intizam qaydalarına əməl etmək
Özünə əminlik və kreativlik
Bənzər vakansiyalar
Merçendayzer
Məhsulları şirkətin standartlarına uyğun olaraq satış nöqtələrindəki vitrin, rəf və s. sərgilənmə yerlərində düzülüşünün təmini.