Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
24 Sep
Ünvan
Bakı
Müraciət et

Ümumi məlumat

Şirkətin mümkün maliyyə risklərinin və itgilərinin müəyyən edilməsi və onların qarşısının alınması məqsədi ilə şirkətə daxil olan aidiyyatı strukturlar ilə birgə zəruri təşkilati və inzibati tədbirlərin görülməsini təmin edir.


Öhdəliklər

v  Bu təlimat mütəxəssisin vəzifə səlahiyyətlərini, öhdəlik və məsuliyyətini müəyyən edir.

v  İş fəaliyyətini AR Qanunvericiliyi, Daxili Nəzarət Departamenti-nin Əsasnaməsi, Daxili Nəzarət Departamenti-nin rəhbərliyinin əmr və tapşırıqları, eyni zamanda digər normativ-hüquqi aktlarına əsasən təşkil edir.

v  Xidməti təminatında olan strukturlarda həyata keçirdiyi iş fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatlar hazırlayır.

v  Daxili Nəzarət Departamenti -nin ayrı-ayrı strukturları, zərurət yarandıqda isə "Veysəloğlu" MMC-yə daxil olan digər strukturlar ilə koordinasiyalı iş təşkil edir.

v  Xidməti təminat apardığı strukturlardan daxil olmuş məlumatları icraatına qəbul edir, təyin edilmiş müddətdə araşdırma aparır və yekun nəticələr barədə üst rəhbərini yazılı və ya şifahi qaydada məlumatlandırır.

v  Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləyir, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirir, zərurət yarandıqda bazar araşdırması aparır, xidməti təqdimatlar göndərir, həmçinin Daxili Nəzarət Departamenti -nin rəhbərliyi qarşısında yeni layihə və təkliflərlə çıxış edir.

v  Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən edir, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlər həyata keçirir.

v  Daxili Nəzarət Departamenti və digər strukturların fəaliyyətlərinə dair təsdiq edilmiş daxili siyasət, qayda və tələblərin tətbiqi və onların icrasına nəzarətin təmin edilməsi;

v  Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən “normativ-hüquqi” və “təşkilati-sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və səlahiyyətlərinin, onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsi vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi ilə operativ yoxlama təftiş qaydasında şirkətin aidiyyatı strukturlarında müntəzəm qəfil monitorinqlərin və təftiş yoxlamalarının aparılmasına nəzarətin təmin edilməsi;

v  Mümkün maliyyə risklərinin və itgilərinin qarşısının alınması məqsədi ilə şirkətin fəaliyyət istiqamətlərindən asılı olaraq əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara uyğun olaraq düzgün istifadə edilməsinə və həmçinin onların müvafiq uçot hesablarında düzgün əks etdirilməsinə nəzarətin təmin edilməsi;

v  Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir;

v  Şirkətin obyektləri üzrə maddi məsul şəxslərə etibar edilmiş pul vəsaitlərinin, xammal və mal-material qiymətlilərinin, ticari malların qalıqları, əsas vəsaitlər və daxili sərf malları üzrə zərurət olduğu hallarda və mütəmadi olaraq dövrü inventarizasiya və təftiş yoxlamalarının həyata keçirilməsinə, müştərilər və tədarükçülərlə aparılan təsərrüfat - maliyyə əməliyyatları və qarşılıqlı hesablaşmalar nəticəsində yaranmış debitor və kreditor borc qalıqlarının nəzarət qaydasında qəfil sənədli təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir;

v  Şirkətin struktur bölmələrində nağd pul vəsaitlərinin, mövcud mal-materialların, həmçinin satılmaq üçün nəzərdə tutulmuş ticari malların planlı və ya qəfil qaydada inventarizasiyasının həyata keçirilməsini, buna dair məsul şəxslərin imzası ilə müvafiq aktların tərtib edilməsini, habelə əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasını təşkil etmək, zəruri düzəlişlərin edilməsi üçün aidiyyəti strukturları yazılı şəkildə məlumatlandırmaq;

v  Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunun yoxlanılması və ehtimal olunan risklərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər təşkil etmək, eləcədə uyğun əlavə və ya dəyişiklər barədə hesabat verdiyi instansiyaya təkliflər irəli sürmək;

v  Şirkətin balans hesablarında mövcud olan carilər və əməkdaşlar üzrə yaranmış şübhəli, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borclarının inventarizasiyasının və təftiş yoxlamasının aparılaraq, nəticələrin araşdırılıb yaranma səbəblərinin və səbəbkarların müəyyən edilməsini təmin edir;

v  Şirkətin obyektlərində istismar müddəti bitmiş əsas vəsaitlər və inventarlar, əmtəə görünüşünü itirmiş və satış müddəti keçmiş ticari mallar, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borcları və s. səbəblərdən maddi məsul şəxslərin hesabından uçotdan silinməsinə dair əməliyyatların mütəmadi olaraq monitorinq edilməsinə və zərurət olduğu hallarda yoxlanılmasına nəzarətin təmin edilməsi;

v  Monitorinq və yoxlamalar nəticəsində mal material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifariş verilməməsi nəticəsində baş vermiş saxlama müddəti keçmələrin, standartlara uyğun qaydalara və saxlama şəraitinə düzgün əməl edilməməsi nəticəsində aşkar olunmuş zay və ya xarab olmaların və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar və itkilər də daxil olmaqla) səbəblərinin araşdırılmaqla, təqsirkar və məsul şəxslərin fəaliyyətinin təftiş edilməsinin təmin edilməsi;

v  Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə Operativ Yoxlama Təftiş bölmə müdirinə məlumat verilməklə, yoxlanılan bölmə və ya əməkdaşın rəhbərinə tələbnamə, təqdimat, xidməti məktub və təkliflər göndərir.

v  Şirkətdə inventarizasiya və təftiş yoxlamalarının aparılmasını və nəticələrin Azərbaycan Respublikası «Mühasibat uçotu haqqında» Qanunun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmlak və öhdəliklərin inventarizasiyası” qaydasının tələblərinə uyğun olaraq sənədləşdirilməsinə nəzarətin təmin edilməsi;

v  Vəzifə funksiyalarının icrası ilə əlaqədar, yoxlanılan struktur və bölmələrdən zəruri məlumatları özündə əks etdirən sənədləri, arayışları, hesabatları tələb etmək, xidməti zərurətlə əlaqədar yoxlanılan struktur bölmələrinin yerləşdiyi inzibati binalara, iş yerlərinə maneəsiz daxil olmaq, Şirkətin istifadəsində olan nəzarət kameralarına baxış keçirmək, zəruri görüntüləri əldə etmək və digər nəzarət tədbirlərinin görülməsi üçün müvafiq təşkilati tədbirlər həyata keçirmək;

v  Şirkətin mənafeyini qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq məqsədi ilə strukturların əməkdaşlarının, məsul və maddi məsul şəxslərinin müvəqqəti işdən kənarlaşdırılması, həmçinin onlara verilmiş səlahiyyət və yetkilərin dayandırılması barədə aidiyyatı struktur rəhbərliyinə təqdimatlar vermək;

v  Şirkətin obyektlərində aparılmış təftiş və inventarizasiya yoxlamaları nəticəsində aşkar olunmuş israfçılıq, uçotdan gizlətmə, mənimsəmə, oğurluq, xarabolma və digər neqativ hallara görə maddi məsul şəxslərin hesablarında müəyyən edilmiş məbləğlərə görə şirkətə vurulmuş maddi ziyan məbləğlərinin, aidiyyatı strukturlarla birgə həmin maddi məsul şəxslərdən könüllü tutulub, şirkətin hesabına bərpa etdirilməsinin təmin edilməsi;

v  Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə onların qarşısının alınması məqsədi ilə şirkətin aidiyyatı struktur rəhbərləri ilə birgə zəruri təşkilati və inzibati tədbirlərin görülməsini təmin etmək;

v  Şirkətin struktur bölmələrində aparılmış inventarizasiya və təftiş yoxlamaların nəticələrinə dair dövrü və illik hesabatları hazırlayaraq, Daxili Nəzarət Departamenti müdirinə təqdim edilməsini təmin etmək;

v  Departamentin ayrı-ayrı bölmələri ilə birgə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək;

v  Daxili Nəzarət Departamenti-də təcrübə müddəti keçən əməkdaşların təlimində, həmçinin mütəxəssislərin iş fəaliyyətinin keyfiyyətinin artırılmasında aktiv iştirak etmək.

v  Daxili Nəzarət Departamenti - nin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər funksiya və öhdəliklər .



Tələblər


Şəxsi maşını olması mütləqdir;
Riyazi biliklərə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
MC Ofis proqramlarından istifadə bacarıqları;
SAP proqramında işləmək bacarığı;
Müştərilərlə ünsiyyət qurmağı bacarmalı.


Bənzər vakansiyalar

Keşlə
24 Sep

“Şirkətin mümkün maliyyə risklərinin və itgilərinin müəyyən edilməsi və onların qarşısının alınması məqsədi ilə şirkətə daxil olan aidiyyatı strukturlar ilə birgə zəruri təşkilati və inzibati tədbirlərin görülməsini təmin edir.