Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
31 MayÜnvan
Nizami ray, KeşləÜmumi məlumat
Aparıcı
Talant Partnyor şirkət daxilində istedadların müəyyən edilməsi, inkişafı və
saxlanılması istiqamətində fəaliyyət göstərən, biznes tələblərinə uyğun istedad
strategiyalarının formalaşdırılmasına dəstək verən, əsas strateji tərəfdaşdır.
Öhdəliklər
Təyin olunmuş bölmələrdə İR üzrə strateji tərəfdaş kimi çıxış etmək;
- Biznes rəhbərləri ilə birgə İR strategiyalarını hazırlamaq və tətbiq etmək;
- Ştat planlaması və işçi xərclərinin idarə olunmasına dəstək vermək;
- İşə qəbul prosesini tam şəkildə idarə etmək;
- Yeni işçilərin adaptasiyası və sınaq müddətinin izlənməsini təmin etmək;
- Performans qiymətləndirməsini təşkil etmək və inkişaf planları hazırlamaq;
- Yüksək potensiallı əməkdaşların inkişafı üzrə proqramlar qurmaq;
- İllik təlim ehtiyaclarını müəyyənləşdirmək və təlim planlamasına töhfə vermək;
- Karyera inkişafı və yerdəyişmə proseslərində iştirak etmək;
- İşçilərlə mütəmadi görüşlər keçirmək və problemlərin həllinə dəstək olmaq;
- Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
- Komanda ruhunu və işçi məmnuniyyətini artırmaq üçün təşəbbüslər irəli sürmək;
- İR proseslərini təkmilləşdirmək və daxili layihələrdə fəal iştirak etmək;
- Rəhbərlərə və əməkdaşlara İR məsələləri üzrə məsləhət vermək;
- Təşkilati strukturun formalaşdırılmasında struktur rəhbərləri ilə birgə işləmək;
- İR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Korporativ qaydalara uyğun fəaliyyət göstərmək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İnsan resursları, psixologiya, biznesin idarə olunması və ya əlaqədar sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 3 illik iş təcrübəsi
- Strateji düşüncə ilə yanaşı, əməliyyat detalları üzərində işləmək bacarığı.
- Güclü analitik düşüncə və qərarvermə bacarığı – məlumatlara əsaslanaraq düzgün istiqamət seçmək qabiliyyəti;
- Yüksək səviyyəli ünsiyyət və dinləmə bacarığı – əməkdaşlar və rəhbərlərlə açıq və etibarlı kommunikasiya qurmaq;
- Empatiya və ədalətlilik – işçilərin ehtiyaclarını dinləyərək balanslı yanaşmalar göstərmək;
- Məsuliyyətlilik və liderlik – təşəbbüs göstərmək, işə sahiblənmək və nəticəyə yönəlik çalışmaq;
- Komanda ruhu və əməkdaşlıq bacarığı – struktur daxilində birlik və bütövlüyə töhfə vermək;
- Dəyişikliklərin idarə olunmasında çevik və adaptiv yanaşma;
- Konfidensiallıq və etik prinsiplərə sadiqlik;
- Əmək qanunvericiliyi və insan resursları üzrə müvafiq proseslər haqqında dərin bilik;
- Təqdimat bacarığı və rəhbərliyə məntiqli şəkildə təsir edə bilmək qabiliyyəti;
- HR analitikası və performans göstəriciləri ilə işləmə təcrübəsi üstünlükdür.
- Texniki Bacarıqlar:
- MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel və Visio);
- HRM (İnsan Resurslarının İdarə Olunması) sistemləri üzrə təcrübə üstünlükdür;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis dili biliyi üstünlük hesab olunur.