Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
31 Jul
Ünvan
Bakı
Müraciət et

Ümumi məlumat

Sistem infrastruktur problemlərinin aradan qaldırılması və kök səbəb analizinin həyata keçirilməsi. Cari və gələcək biznes tələblərinə uyğun sistem infrastruktur tutumunu izləmək və planlaşdırmaq


Öhdəliklər

- Server, yaddaş, ehtiyyat nüsxələnmə və bulud sistemlərinin gündəlik işini nəzarətə götürmək, optimallaşdırmaq və uyğunluqla idarə etmək.

- Sistem infrastruktur problemlərinin aradan qaldırılması və kök səbəb analizinin həyata keçirilməsi.

-Cari və gələcək biznes tələblərinə uyğun sistem infrastruktur tutumunu izləmək və planlaşdırmaq.

- Problemlərin aşkarlanması, aradan qaldırılması və uzunmüddətli həllərin tətbiqinin təmin edilməsi.

- Sistem infrastruktur dəyişikliklərini qiymətləndirmək, planlaşdırmaq və idarə etmək, biznesə təsiri minimuma endirmək.

-Sistem infrastruktur aktivlərinin konfiqurasiya və sənədləşməsini hazırlamaq və idarə etmək.

-İdarəetmə tapşırıqlarını və sistem infrastruktur çərçivəsində avtomatlaşdırmaq üçün skriptlər hazırlamaq (Azure Cloud Shell, Powershell) və alətlər idarə etmək.

- Sistem infrastrukturunda baş verən fövqəladə hallar zamanı operativ reaksiya vermək, xidmətin fasiləsizliyini təmin etmək və hadisə zamanı bütün maraqlı tərəflərlə koordinasiyalı və aydın şəkildə ünsiyyət qurmaq bacarığı.

- Bulud əsaslı infrastrukturun (Azure, M365) idarə olunması və hibrid mühitlərlə inteqrasiyanı təmin etmək.

- Fəlakətdən bərpa (DR) planlarını hazırlamaq, mütəmadi testlər keçirmək və uğursuzluqlardan sürətli bərpa olunmanı təmin etmək.

-Sistem etibarlılığının, performansının və əməliyyat səmərəliliyinin artırılması üçün təşəbbüsləri müəyyənləşdirmək, təklif etmək və idarə etmək.

- Sistem infrastruktur xidmətlərinin şirkətin siyasətləri və normativ sənədləri ilə uyğunluğunu təmin etmək.

- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək




Tələblər

-  Windows Server əməliyyat sistemlərinin, eləcə də onun rollarının (AD, CA, RDS, DNS, DHCP) quraşdırılması və idarə edilməsi.

-  Microsoft Azure və Microsoft 365 sahəsində təcrübə arzuolunandır / üstünlük verilir.

-  VMware vSphere üzrə iş təcrübəsi.

-  Veeam Backup adn Replication üzrə iş təcrübəsi.

-  IaaS, PaaS və SaaS bulud modelləri arasındakı fərqləri anlamaq.

-  Public Cloud, Hybrid Cloud və Private Cloud modelləri arasındakı fərqləri anlamaq.

-  Server, storage və SAN switch-lərin quraşdırılması və idarə edilməsi.

-  Monitoring sistemləri ilə işləmə bacarığı (Azure Monitor, SolarWinds və s.).

-  Ali təhsil.

-  İngilis dili bilikləri.

-  Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.




Bənzər vakansiyalar

Azure Biznes Mərkəzi
16 Mar

  • Yeni tətbiqlərin hazırlanması və mövcud mobil tətbiqlərin dəstəklənməsi.
  • Backend sistemlərlə API inteqrasiyasının təmin edilməsi.
  • Tətbiqlərin performansının optimallaşdırılması və təhlükəsizliyinin artırılması.
  • Tətbiqlərin ilkin testlərinin edilməsi və problemlərin aradan qaldırılması.
  • App Store və Google Play-də tətbiqlərin yerləşdirilməsi və yenilənməsi.



Azure Biznes Mərkəzi
16 Mar

·        Təhkim edilmiş layihələr və sistemlər üzrə biznes prosesləri müəyyən edir, tələbləri formalaşdırır və təhlilləri həyata keçirir.

·        Funksional testləri yerinə yetirir və istifadəçilərin qəbul test sınaqlarında (UAT) iştirak edir.

·        Yeni yaradılmış funksionallığın təlim sənədlərini hazırlayır və təlimləri keçirir.

·        Təhkim edilmiş layihələr və sistemlərin “SWOT” təhlilini (sistemin güclü və zəif tərəflərinin müəyyən edilməsi) aparır və nəticələrinə dair təkliflər hazırlayır.

·        Təhlil edilmiş layihələrin iş axınlarını hazırlayır.

·        Biznes bölmələri ilə proqramçı heyətin işini koordinasiya edir, biznes və texniki tələblərin kommunikasiyasını yerinə yetirir.

·        Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür.



Azure Biznes Mərkəzi
16 Mar

·        UiPath Studio istifadə edərək RPA proseslərinin hazırlanması və inkişafı

·        Mövcud botların dəstəklənməsi və optimizasiyası

·        Biznes proseslərinin analiz edilməsi və avtomatlaşdırmaya uyğunlaşdırılması

·        UiPath Orchestrator ilə robotların, queue-ların və asset-lərin idarə olunması

·        Exception handling və loglama mexanizmlərinin tətbiqi

·        Texniki sənədlərin hazırlanması (PDD, SDD)




Azure biznes mərkəzi
31 Mar