Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
31 Aug
Ünvan
Azure Biznes Mərkəzi
Müraciət et

Ümumi məlumat

İT üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq


Öhdəliklər

-        İT üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;

-        Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;

-        Mütəmadi olaraq İT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;

-        İT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;

-        İT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;

-        İT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;

-        İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş fövqəladə İT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;

-        Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fəlakətdən bərpa planının hazırlanmasında iştirak etmək;

-        İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;

-        Dəyişikliklərin idarə olunması prosesində iştirak;

-        Şirkətin tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;

-        İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.



Tələblər

-        İT risklərin qiymətləndirilməsi və idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi

-        Arzu olunan sertifikatlar: CRISC, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer, CompTIA Security+.

-        ISO 27001, COBIT, NIST və ya oxşar İT idarəetmə və təhlükəsizlik çərçivələri üzrə bilik və tətbiq təcrübəsi

-        Rəqəmsal biznes proseslərinin təhlili, informasiya sistemlərinin audit və yoxlanılması üzrə praktiki təcrübə

-        Məlumatların toplanması, statistik və keyfiyyət göstəricilərinin analizi, risk xəritələrinin və hesabatların hazırlanması üzrə analitik bacarıq

-        Müxtəlif departament və komandalarla effektiv ünsiyyət, məsləhətçilik və təlim keçmə bacarığı

-        İngilis dili üzrə aktiv oxuma, yazma və danışıq bacarığı



Bənzər vakansiyalar

Bakı
11 Aug

Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək

Şirkətdə BI layihələrinin tətbiqində iştirak etmək




Keşlə
31 Jul

Biznes ehtiyaclarına uyğun, optimallaşdırılmış və etibarlı verilənlər bazası strukturlarının layihələndirilməsi və MSSQL sistemlərinin quraşdırılması, konfiqurasiyası


Bakı
31 Jul

Sistem infrastruktur problemlərinin aradan qaldırılması və kök səbəb analizinin həyata keçirilməsi. Cari və gələcək biznes tələblərinə uyğun sistem infrastruktur tutumunu izləmək və planlaşdırmaq


Bakı
03 Aug

Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən  təhlükəsizlik boşluqlarını aşkarlamaq və aradan qaldırmaq